Jurnalistika hər zaman, tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub.
Bunu Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli Azərbaycan jurnalistlərinin IX qurultayında deyib.
O bildirib ki, jurnalistika hər zaman, tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub:
“Biz hazırda rəqəmsal dövrdə yaşayırıq. Hal-hazırda bizim jurnalistlər rəqəmsal mühitdə də Azərbaycan səsinin yerli və beynəlxalq arenalarda çatdırılmasında müstəsna rol oynayır”.
Natiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyev bu il ən azı iki əhəmiyyətli tarixi əhəmiyyət kəsb edən Azərbaycan jurnalistləri və fikir adamlarını mükafatlandırıb:
“İlin əvvəlində bilirsiniz ki, Azərbaycan dili ilə bağlı Prezident İlham Əliyev tərəfindən dövlət dilimizin qorunması, inkişafı sahəsində müstəqil sahələrin adı çəkilmişdi. Onlardan biri də jurnalistlər idi ki, onların çox ciddi missiyası var. Azərbaycan dilinin inkişafı, onun zənginliyi və qorunması sayəsində biz fəal rolumuzu ifa etməliyik. Prezident yaxın bu tarixdə, tarifi işində ölkəmizə qarşı yönələn siyasi-ideoloji təhdidlərdən bəhs etdi. Siz də bilirsiniz ki, Azərbaycan Respublikasının Media və Yayım Şurası ölkəmizə qarşı yönələn dezinformasiyaya qarşı bəzən gecə yarısı, bəzən gün ərzində, bir neçə dəfə açıqlamalar verir”.
DİGƏR XƏBƏRLƏR





