İstifadəçi Qaydaları
Redaksiya MMC (bundan sonra “Redaksiya” olaraq adlandırılacaq) tərəfindən idarə olunan avtor.az xəbər portalına daxil olan və ya fəaliyyət göstərən şəxslər aşağıdakı şərtləri qəbul etmiş sayılır. Bu sənədin məqsədi portalın fəaliyyət qaydalarını tənzimləmək və istifadəçilərin, eləcə də xəbər göndərən şəxslərin hüquq və öhdəliklərini müəyyən etməkdir.
1. Ümumi Şərtlər
1.1. Portalda yayımlanan xəbərlər yalnız məlumat məqsədilə təqdim edilir. İstifadəçilər bu məlumatların dəqiqliyini müstəqil şəkildə yoxlamalıdır. 1.2. Portalda yerləşdirilən bütün materiallar müəllif hüquqları ilə qorunur və yalnız Redaksiyanın yazılı icazəsi ilə istifadə edilə bilər. 1.3. Portalın istifadəçiləri yayımlanan materiallardan yalnız şəxsi məqsədlər üçün istifadə edə bilərlər.
2. Xəbər Göndərmə Qaydaları
2.1. İstifadəçilər öz xəbərlərini xeber@redaksiya.az ünvanına göndərməlidirlər. 2.2. Göndərilən xəbərlər aşağıdakı tələblərə uyğun olmalıdır:
Başlıq: Mövzunu tam ifadə edən qısa və dəqiq başlıq daxil edilməlidir.
Mətn: Xəbər tam və aydın şəkildə yazılmalı, mənbələr göstərilməlidir (əgər varsa).
Şəkil: Yalnız horizontal formatda, yüksək keyfiyyətli şəkil əlavə edilməlidir.
2.3. Başqa mənbələrdən xəbər göndərilməsi qaydaları aşağıdakı kimidir:
Başqa mənbədən əldə edilən xəbərlər göndərilərkən, ilkin mənbə dəqiq şəkildə göstərilməlidir.
Göndərilən mənbənin doğruluğunu yoxlamaq və göstərilən məlumatın qanun çərçivəsində olduğunu təmin etmək xəbər göndərən şəxsin məsuliyyətidir.
2.4. Xəbər göndərən şəxs xəbərin mənbələrinə və məzmununa görə tam məsuliyyət daşıyır. 2.5. Göndərilən xəbərlər Redaksiyamıza uyğunluq baxımından yoxlanılır və yalnız təsdiqləndikdən sonra yayımlanır. 2.6. Redaksiyanın xəbərlərin məzmununu redaktə etmək və ya dəyişmək hüququ vardır.
3. Redaksiyanın Hüquqları və Məsuliyyəti
3.1. Redaksiya göndərilən xəbərləri yayımlamaq, başlığını dəyişmək, redaktə etmək və ya silmək hüququna malikdir. 3.2. Portalın texniki təhlükəsizliyini pozacaq hər hansı qeyri-qanuni hərəkətlərə yol verilərsə, müvafiq hüquqi tədbirlər görüləcəkdir.
4. Məxfilik və Təhlükəsizlik
4.1. Xəbər göndərən şəxslərin təqdim etdiyi şəxsi məlumatlar (ad, əlaqə vasitələri və s.) məxfi saxlanılır və üçüncü tərəflərlə paylaşılmır. 4.2. Konfidensial hesab edilən məlumatların dövlət orqanları və Məxfilik Siyasətinin icrası ilə əlaqədar olaraq həmin məlumatların təqdim edilməli olduğu orqanlar istisna olmaqla heç bir vəchlə yaymamaq barədə öz üzərlərimizə öhdəlik götürürük.
5. Məsuliyyətin Məhdudlaşdırılması
5.1. Portalda yayımlanan xəbərlərin tam dəqiqliyinə zəmanət verilmir. İstifadəçilər yayımlanan məlumatlardan istifadə edərkən məsuliyyəti öz üzərlərinə götürürlər. 5.2. Göndərilən xəbərlərin müəllif hüquqlarının pozulması hallarında məsuliyyət xəbəri göndərən şəxsə aiddir.
6. Mübahisələrin Həlli
6.1. Portalın fəaliyyəti ilə bağlı yaranan hər hansı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll ediləcəkdir. 6.2. Mübahisələrin həlli üçün ilkin olaraq qarşılıqlı razılıq əsasında danışıqlar aparılması tövsiyə edilir. Razılıq əldə edilmədiyi halda məsələ məhkəmə yolu ilə həll ediləcəkdir.
Bu qaydalar Redaksiyanın fəaliyyətini tənzimləmək və istifadəçilərə şəffaflıq təmin etmək məqsədilə hazırlanmışdır. Əlavə məlumat və suallar üçün Email ünvanına müraciət edə bilərsiniz.
