Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün “Tibb işçisinin etik davranış qaydaları” mövzusunda təlimlərə başlanılıb
Tibb işçilərinin davranış və ünsiyyət bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək və vətəndaşların göstərilən tibbi xidmətin keyfiyyətindən məmnunluğunu artırmaq məqsədilə Yeni Klinikada “Tibb işçisinin etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
Təlimdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və digər tabeli tibb müəssisələrinin rəhbər şəxsləri, direktor müavinləri, baş həkimləri və baş tibb bacıları olmaqla, ümumilikdə 140-a yaxın tibb işçisi iştirak edib.
Təlim çərçivəsində tibb işçilərinin etik davranış prinsipləri, vətəndaşlara nəzakətli və həssas yanaşma, şəxsi sərhədlərə hörmət və effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məsələlərinə diqqət yetirilib.

