Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

1790778060433753356 1200x630 6abd1fef1a318

Azərbaycan Alpaqut Federasiyası (AAF) İdarə Heyətinin qərarı ilə İcraiyyə Komitəsində iki disiplin üzrə koordinator təyin olunub.

AAF-dan verilən məlumata görə, Elvin Mirzəyev caymaz disiplini üzrə koordinator təyin edilib. Bu vəzifə indiyədək boş idi.

Abbas Abaslı isə qurşak disiplini üzrə koordinator təyin olunub. O, bu vəzifədə Sunar Cəlilovu əvəzləyib.

Qeyd edək ki, artıq İcraiyyə Komitəsində alpaqutun beş yarış disiplininin (ayça, batur, caymaz, qurşak və kaçut) hər biri üzrə koordinator var. Yeni koordinatorlar bir ay ərzində öz disiplinləri üzrə iş planını İcraiyyə Komitəsinə təqdim edəcəklər.