“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.
Belə ki, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çinarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılacaq.
Həmçinin sözügedən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilib. Bəhrəli-Çinarlı bələdiyyəsinə Bəhrəli, Çinarlı, İqrığ, Qacar Zeyid və Zizik kəndlərini, Elbir bələdiyyəsinə isə Ağbil, Aşağı Atuc, Dəlləkli, Elbir, Əlibəyqışlaq, Mirzəməmmədkənd və Susayqışlaq kəndlərini əhatə edəcək.





