IV “Parla” təqaüd və inkişaf proqramının müsahibə mərhələsi keçirilir

920478794 1122260937226884 6142430251423865161 n 6b0131bcdf852

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı ilə həyata keçirilən IV “Parla” təqaüd və inkişaf proqramının müsahibə mərhələsinə başlanılıb.

Bu il proqrama ümumilikdə 2020 müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi nəticəsində 228 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Müsahibələr zamanı namizədlərin fərdi məqsədləri, sosial vəziyyəti, tələbəlik fəaliyyəti, şəxsi inkişaf potensialı və proqramın müəyyən etdiyi digər meyarlar nəzərə alınır. Yekun seçim namizədlərin müsahibə mərhələsində göstərdikləri nəticələr əsasında aparılacaq.

Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı qızların təhsil imkanlarının genişləndirilməsini, onların akademik və şəxsi inkişafının dəstəklənməsini, eləcə də gələcək karyera perspektivlərinin gücləndirilməsini hədəfləyir. Proqram çərçivəsində iştirakçılara təqaüdlə yanaşı, ingilis dili və IELTS hazırlığı, mentorluq, təlimlər və peşəkar inkişaf imkanları təqdim olunur.