1 həftə internet olmayacaq

1644648712 1644644658 4f556975 2e94 425f 9726 981510445bb6 850.jpg

Fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.

Bu Barədə “Bakı Telefon Rabitəsi” MMC-dən (Baktelekom) verilən açıqlamada deyilir.

Məlumata görə, fasilə əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.

Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA – simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.