1 şagirdi olan məktəb

24f0d2c916497420206764118121037830.jpg

Azərbaycanda şagird sayı ən az və ən çox olan məktəblər açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ən az şagirdi olan məktəb Qusar rayon Çətkün kənd ibtidai məktəbidir.

Məktəbdə 1 şagird təhsil alır, 2 müəllim çalışır.

Qeyd edilib ki, ən çox şagirdi olan məktəb isə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbidir.

Məktəbdə 6254 şagird təhsil alır və 426 müəllim çalışır.