10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub

Img 0344 69e872e10ed15

10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub

Bu barədə “Kapital Bank”ın rəsmisi Ağarza Baxşiyev məlumat verib.

O qeyd edib ki, ötən il “Birbank” mobil tətbiqinə gətirilən yenilik dələduzlarla mübarizədə effektiv nəticə verib:

“Ötən il kiberdələduzluqla mübarizədə atdığımız ən vacib addımlardan biri “Birbank” mobil tətbiqi ilə bağlı oldu. Biz müştərilərimizə zəng edən şəxsin bankımızın əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni artıq müştərilərimiz zəng zamanı özünü “Kapital Bank” əməkdaşı kimi təqdim edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq etmələrini tələb edə bilirlər.

Əgər o, həqiqətən bank əməkdaşıdırsa, mobil tətbiqdə bunu təsdiq edən bildiriş alır. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Və artıq 10 000 nəfərə yaxın vətəndaşımız bu xidmətdən yararlanaraq dələduzları ifşa edib, daha sonra isə onlar məlumat üçün bankımıza zəng ediblər”.