16 futbolçu qırmızı vərəqə alıb

4d855669164844731174715087010746011.jpg

Türkiyənin regional həvəskar liqasında (BAL) keçirilən “Fırat Üniversitesi GSK” – “Bismil 1936 Gençlik ve Spor” oyununda kütləvi dava düşüb.

88-ci dəqiqədə futbolçular arasında münaqişə yaşanıb.

Meydan sahibləri 4:1 hesabı ilə öndə olarkən insident başlayıb. Hadisəyə təhlükəsizlik əməkdaşları bibər qazı ilə müdaxilə edib. Baş hakim Elazığ təmsilçisindən 6 futbolçu, bir idarəçi, “Bismil 1936 Gençlik ve Spor” klubundan isə 10 futbolçu və bir idarəçiyə qırmızı vərəqə göstərib.

Türkiyə Futbol Federasiyası yarımçıq qalmış görüşlə bağlı qərar verəcək.