181 məktəbdə STEAM layihəsi tətbiq edilir

6d842033 70e9 444f a1b7 5cb1aa4ef49e.jpg

BŞTİ-nin tabeliyindəki 181 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.
Bakı məktəbliləri “Texnofest Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-də, eləcə də “Makerthon 2022” yarışında, “Məktəblinin dostu” ilə birgə Zəfər Gününə həsr olunan “Breyn-rinq” intellektual bilik yarışında uğurla iştirak edərək müxtəlif nominasiyalar üzrə qalib adını qazanıblar.
Daha bir uğur isə Amerika Birləşmiş Ştatlarında (ABŞ) qazanılıb. Belə ki, STEAM layihəsi tərəfindən keçirilən mühəndislik və robototexnika müsabiqələrindən seçilən istedadlı şagirdlərdən ibarət Azərbaycan komandası ABŞ-da təşkil edilən və dünyanın ən böyük robotatexnika yarışması olan “VEX Robotics World Championship 2022”də “Energy Team” kubokunu əldə edib. 50-yə yaxın ölkədən 4800 komanda və 15 000-ə yaxın şagirdin iştirak etdiyi yarışda komandamız ən yaxşı iyirmiliyə daxil olaraq final oyunlarında VI yeri əldə edib. Komandanın tərkibində BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-lisey və 153 nömrəli tam orta məktəbin şagirdləri də yer alıb.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.