200-dən çox donor qan verdi

431081583 18254429827209223 2164764619773705534 N1709553736.jpg

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankının dəstəyi ilə Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda baş tutan aksiyada Gənclər və İdman Nazirliyinin kollektivi, idmançılar, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qanverməyə eyni zamanda, Bakı şəhər Tibbi-bədən tərbiyəsi dispanserinin və Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanserinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim və professor heyəti, tələbələri, Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları da qoşulublar.

Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Aksiyada 200-dən çox donor qan verib.