23 yaşlı qadın dəm qazından zəhərlənərək öldü

FotoJet 2022 12 13T182238.570.jpg

Gədəbəy rayonunda gənc qadın dəm qazından boğularaq dünyasını dəyişib.

“Report”un məlumatına görə, hadisə rayonun Köhnəkənd kəndində qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü R.Şadmanova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.