25 yaşlı gənc itkin düşüb

0f1436a915807283692976426461063672.jpg

Yevlaxda 25 yaşlı gənc itkin düşüb.

Bu barədə “Report” məlumat yayıb.

Bildirilib ki, Abbas Əliyev ötən gün Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğlu 1997-ci il təvəllüdlü Elvin Əliyev itkin düşdüyünü bildirib.

O qeyd edib ki, oğlu sentyabrın 26-da saat 15 radələrində yaşadığı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evindən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.