45 yaşlı müğənninin ikinci övladı oldu

255696 4tujph8thv.jpg

Məşhur rusiyalı müğənni, “Блестящие” qrupunun eks-solisti Olqa Orlovanın ikinci övladı dünyaya gəlib.

Bu barədə 45 yaşlı müğənni sosial şəbəkədə məlumat yayıb.

O, xəstəxanadan qızıyla birlikdə çəkdirdiyi fotosunu izləyiciləriylə bölüşüb. Sənətçi övladına Anna adını verib.

Qeyd edək ki, müğənni 2021-ci ildə Valeri adlı biznesmenlə gizlicə ailə həyatı qurub. Olqanın Aleksandr Karmanovla olan ilk evliliyindən bir oğlu da var.