62 şəxs əvvəlki işlərinə bərpa olunub

74dbd111165677429272982824910832795.jpg

Bu il 62 şəxs əvvəlki işlərinə bərpa olunub.

Avtor.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin 7 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 62 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həminişçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.