63 illik rekord təkrarlandı

8d6a06b2167301134916478123910329623.jpg

“Mançester Siti” İngiltərə Premyer Liqasının 19-cu turunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub edərək 63 illik rekordu təkrarlayıb.

Avtor.az xəbər verir ki, “şəhərlilər” “Çelsi”yə ardıcıl 4-cü oyunda qalib gələrək buna nail olub.

Bu, Premyer Liqa tarixində ikinci belə haldır. İlk dəfə 1958-1960-cı illər aralığında “Bolton” bu göstəriciyə imza atıb.

“Mançester Siti” bundan əvvəl İngiltərə Liqa kubokunda (2:0) və Premyer Liqada (1:0, 1:0) “Çelsi”ni məğlub edib. Bu komandalar yanvarın 8-də İngiltərə kubokunun 3-cü mərhəsində üz-üzə gələcək.