8 Noyabr prospektində təmir aparılacaq – XƏBƏRDARLIQ

Mycollages 2024 03 13t152259.099.jpg

“15 mart tarixindən etibarən Bakı şəhəri, 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub”.

Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – məlumatda deyilir.