“Formula 1″in yarış direktoru vəzifəsindən azad edilib

32e62196 D311 3774 Aed7 21081e448943 850.jpg

“Formula 1″in yarış direktoru Nils Vittix vəzifəsindən azad edilib.

“Report” Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis FIA-nın təşəbbüsü ilə postundan kənarlaşdırılıb.

Onu bu işdə Rui Markes əvəz edəcək.

Qeyd edək ki, N.Vittix 2022-ci ildən “Formula 1″in yarış direktoru vəzifəsini icra edirdi.