“Hizbullah” Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib

66f7ecb021b1566f7ecb021b16172752401666f7ecb021b1366f7ecb021b14.jpg

“Hizbullah” Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmən təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Hizbullah” bəyanat yayıb.

Məlumatda, həmçinin bildirilib ki, “Hizbullah” İsraila qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi.
Bombardmanda Nəsrullahın qızı Zeynəbin və “Hizbullah”ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də açıqlanmışdı.

Həsən Nəsrullah 1992-ci ildən “Hizbullah”a rəhbərlik edirdi.