“Samsung” ən bahalı qatlanan smartfonunu təqdim edib

Pecp82pbcpecp84pb1pecpa0p84pecp9ep90 Pebpaapa8pebpb0p94pecp9dpbc Peapb0pa4pebp9fpadpecp8bp9c Zpedp8fpb4pebp93p9c Pecp8apa4pedp8ep98pecp85p9cpecp97p90pebp94p.jpg

“Samsung” şirkəti yeni “Galaxy Z Fold Special Edition” adlı ən bahalı qatlanan smartfonunu təqdim edib.

Smartfon haqqında məlumat şirkətin rəsmi saytına yerləşdirilib.

Bu model, əvvəlki versiyalarla müqayisədə daha incə və güclü xüsusiyyətlərə malikdir.

Cənubi Koreyada 2,789 milyon vona (təxminən 3471 AZN) satışa çıxarılacaq.

Əsas xüsusiyyətlər:

Qalınlıq: 10.6 mm, bu da Galaxy Z Fold 6-dan 1,5 mm daha incədir.
Çəki: 236 qram, Galaxy Z Fold 6-dan 3 qram daha yüngüldür.
Ekran ölçüləri: 8 düymlük əsas və 6,5 düymlük daxili ekran.
Prosessor: Snapdragon 8 Gen 3.
Yaddaş: 16 GB operativ yaddaş və 512 GB daxili yaddaş.
Kamera: Arxa paneldə yerləşdirilmiş üçlü kamera sistemi – 200 MP, 12 MP və 10 MP-lik obyektivlər, həmçinin 8K video çəkmə qabiliyyəti (saniyədə 30 kadr).
Batareya: 4400 mAh.
Bu modelin satışı 25 oktyabr tarixində yalnız Cənubi Koreyada başlayacaq. “Galaxy Z Fold Special Edition” “Samsung”un bu günə qədərki ən bahalı qatlanan smartfonudur.