“Rolls-Royce” Britaniyanın sualtı qayıqları üçün nüvə reaktorlarını hazırlayacaq

Ithjyatbpa4vyi3fnszzhapjzoiqzcmeu2krsm2s1200.webp

Britaniya hökuməti sualtı donanmasının modernləşdirilməsi proqramı çərçivəsində sualtı qayıqlar üçün nüvə reaktorlarının yaradılmasına dair “Rolls-Royce” şirkəti ilə 11 milyard dollar dəyərində müqavilə bağlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Britaniya hakimiyyətinin məlumatında bildirilib.

Qeyd edilib ki, “Unity” sazişi Birləşmiş Krallığın sualtı qayıqları üçün nüvə reaktorlarının layihələndirilməsi, istehsalı və dəstəklənməsini nəzərdə tutur.

“Rolls-Royce” ilə yeni müqavilə Birləşmiş Krallığın təhlükəsizliyinin, həmçinin 2021-ci ildə ABŞ, Britaniya və Avstraliyanın daxil olduğu “AUKUS ittifaqı” çərçivəsində tərəfdaşlığın gücləndirilməsinə kömək edəcək”, – deyə məlumatda vurğulanıb.

Britaniya ilk olaraq “SSN-AUKUS” sualtı qayıqlar seriyasının tikintisini həyata keçirməyi planlaşdırır. 2030-cu ildən sonra inşaat Avstraliyaya köçürüləcək və 2040-cı illərin əvvəlində Kanberra öz istehsalı olan ilk sualtı qayığı əldə edəcək.