832 yeni seçki məntəqəsi yaradılıb

06ee4c5c165884065415931375910937846.jpg

“2022-ci ilin yanvar ayının əvvəllərindən may ayının sonuna qədər MSK Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilib tərtib olunması prosesini həyata keçirib”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.

Rövzət Qasımov bildirib ki, seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər: “Bununla əlaqədar may ayının əvvəlindən iş aparılıb. Həm Seçki Məcəlləsinin tələblərinə ciddi şəkildə əməl olunması tələbi ilə bağlı 1300-dən artıq məntəqə yaranması zərurəti yaranmışdı. Həmin vaxtdan bəri 832 yeni seçki məntəqəsi yaradılmışdı, onlar 103 yeni seçki dairəsinin ərazisində yaranmışdı. Respublika üzrə 6274 ümumi məntəqə fəaliyyət göstərəcək. Həmin məntəqələrin seçici siyahıları və s. məsələləri artıq həll olunub. Bələdiyyələrin sərhədlərin kəsilməməsi prinsipini nəzərə almaq seçki məntəqələrinin yaradılması prosesində nəzərə alınıb. Artıq növbəti mərhələdə seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsidir. Bu proses xüsusi komissiyanın səlahiyyətindədir”.