9-cu saniyədə qırmızı kart aldı

D5369744166356279198729911110895376.jpg

“Nitsa”nın oyunçusu Jan Kler Todibo Liqa 1-də “Anjer”lə qarşılaşmanın ilk dəqiqəsində meydandan qovulub.

Əvvəllər “Barselona”da çıxış edən müdafiəçi oyunun 9-cu saniyəsində rəqibi Abdallah Simə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.

Bu, Fransa çempionatı tarixində ən erkən qovulma olub.

Görüşün nəticəsinə gəlincə, “Anjer” 1:0 hesabı ilə qalib gəlib.