Abituriyentlərin nəzərinə!

238586 wjskrz9ng0.jpg

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, qeydiyyat prosesi 2023-cü ilin iyunun 5-dən 20-dək aparılacaq.

Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 №-li Qərarına uyğun olaraq 26 iyun – 2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan Mərkəz tərəfindən imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.

Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

Abituriyentlərin nəzərinə

1669816448618314217 1000x669.jpg

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi əsas prioritet istiqamətlərdən birini təşkil edir. Proqrama əsasən ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə əhalinin yaşayış təminatı üçün zəruri şərtlərin yaradılması, eyni zamanda, müxtəlif iqtisadi fəaliyyət sahələrinin funksionallığının təmin olunması həyata keçiriləcək. Bununla bağlı, ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır. Hazırda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri istifadədə olan dərsliklərdən, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə dair bilgilər almayıblar.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, mövzunun vacibliyini nəzərə alaraq, 2023-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”;

Oteçestvennaya voyna za Qarabaq (Vtoraya Qarabaqskaya voyna) i “I Qosudarstvennaya proqramma o Velikom vozvraşenii na osvobojdyonnıye ot okkupatsii territorii Azerbaydjanskoy Respubliki”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

Hazırda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri respublikanın iqtisadi rayonlarının yeni bölgüsü ilə bağlı istifadədə olan dərsliklərdən bilgilər almadıqlarından, onlara dair II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında coğrafiya fənnindən istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:

Azərbaycan Respublikasının iqtisadi rayonları və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”,

Ekonomiçeskie rayonı Azerbaydjanskoy Respubliki i “I Qosudarstvennaya proqramma o Velikom vozvraşenii na osvobojdyonnıye ot okkupatsii territorii Azerbaydjanskoy Respubliki”.

Proqramlarla DİM-in saytında tanış olmaq mümkündür. Materiallar həm də 2023-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.