ABŞ-da restoranda atışma olub

C57abe86165023066013576865010329411.jpg

ABŞ-ın Cənubi Karolina ştatının Furman şəhərində restoranda atışma baş verib.

Bu barədə ABC telekanalı ştatın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Atışma nəticəsində azı 9 nəfər yaralanıb,

Hadisənin dəqiq şəraiti hələlik məlum deyil. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, həftəsonu Cənubi Karolinada ikinci kütləvi atışmadır. Belə ki, bir gün əvvəl naməlum şəxs ticarət mərkəzində atəş açıb, nəticədə 14 nəfər yaralanıb.