ABŞ-ın Qafqaz üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət edib

Fcf1d8d2166314269269677243710216358.jpg

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş müşaviri Filip Riker Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi “Twitter“də məlumat yayıb.

“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker Şəhidlər xiyabanını ziyarət edib. Biz münaqişə səbəbi ilə sevdiklərini itirən ailələrə və dostlara başsağlığı veririk”, – paylaşımda qeyd olunub.