ABŞ-la əməkdaşlığımızın inkişafı Cənubi Qafqaz üçün də vacibdir

D5eca8dc164976144259859056610517324.jpg

İstər beynəlxalq sülhün təmini, istərsə də koronavirusla mübarizə və Ukraynada müharibənin dayandırılması məsələsində Türkiyənin çox vacib ölkə olduğunu hər kəs gördü.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri zaman mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı ölkələri də artıq bunu anlayır.

“Bizim ABŞ-la bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək sədəcə iki ölkənin maraqları üçün deyil, həm də bölgəmiz, NATO, Avropa, Afrika, Yaxın Şərq və Cənubi Qafqaz üçün də vacibdir”,- deyə diplomat vurğulayıb.