Abşeronda iki maşın toqquşub, ölən var

2b8eba3c160473777135067259910283586.jpg

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən xəbərə görə, aprelin 8-də saat 1 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində R.Şıxalıyevin idarə etdiyi “Opel” və V.Alcanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Şıxalıyevin sərnişini Qahir Tarverdiyev xəstəxanaya aparılarkən ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.