Xəbər verdiyimiz kimi, Rusiyanın “Spartak” klubu Avropa Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə (Almaniya) cavab matçını Bakıda keçirə bilər.
Moskva təmsilçisinin mətbuat xidməti oyun üçün prioritet məkan Bakı olduğunu açıqlayıb. Bunun üçü isə klub AFFA-ya müraciət edib, razılığa gəlməlidir.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla verdiyi açıqlamada hələlik “Spartak”dan bununla bağlı müraciət daxil olmadığını bildirib.
Xatırladaq ki, hazırda Rusiya ilə Ukraynaya arasında müharibə gedir. UEFA isə bu ölkələrin bütün yaş qrupları üzrə milli komandalarının və klublarının UEFA bayrağı altındakı ev oyunlarını neytral meydanda keçirməsi haqda qərar verib.
“Spartak”la “Leyptsiq” arasında ilk matçı martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də keçiriləcək.




