“2022-ci ildə qanunsuz ağacların kəsilməsi ilə bağlı Baş Prokurorluğa 100-dən artıq sənəd verilib”.
Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdən isə 230-dan artıq müraciət daxil olub:
“Ağacların kütləvi qırılması, su mənbələrinin çirkləndilməsi ilə bağlı məlumatlar gəlib”.





