Ağdamda market yanıb

7c792a82165579978913478494110358673.jpg

Ağdamda market yanıb.

Hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Kənd sakini Şahmarov Ramil Əhliman oğluna məxsus mağaza içindəki ərzaqlarla və avadanlıqla birgə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb. Yanğınsöndürənlər yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.