“Ailəmin yarısı uçqun altındadır”

255693 r3l1dudaow.jpg

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslər arasında aktyor Uğur Aslanın ailəsi də var.

Aktyor bu barədə sosial şəbəkədə məlumat yayıb.

O, “Ailəmin yarısı Hatayda uçqun altındadır. Digərlərinin də dediyi tək şey bizə heç kim kömək etmir, niyə?” deyə, paylaşım edib.

Qeyd edək ki, aktyor hazırda “Yargı” serialında rol alır.