Ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir

1686139126 405181728 22 0 1800 1000 1920x0 80 0 0 24f9cd0234f1cd4a1d494c1ddea083c2.jpg

Azərbaycanda ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir.

Bu, Nazirlər Kabinetinin qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün veriləcək müavinət ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən çıxılacaq.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.