Aleksandr Maslyakov vəfat edib

0661109e 0cb2 33d0 9b01 425e541c827f 850.jpg

“Şən və hazırcavablar klubu” televiziya verilişinin aparıcısı Aleksandr Maslyakov vəfat edib.

Avtor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 82 yaşlı aparıcı xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda (bundan öncə Sverdlovsk) anadan olub. O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.