Ali Məhkəmə Vidadi Muradovun əmlakları ilə bağlı qərarı dəyişib

Dc0c3980166556283176152467910156659.jpg

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, məhkəmə istintaqı dövründə vəfat etmiş Vidadi Muradov barəsindəki hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

Vidadi Muradovun ailə üzvləri tərəfindən verilən şikayətdə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və əmlaklarının müsadirədən azad olunması istənilib.

Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə şikayət qismən təmin edilib.

Vidadi Muradovun cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar hissəsində qərar ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qərarın qalan hissələri isə qüvvədə saxlanılıb.