“Yuventus” azarkeşləri baş məşqçi Massimiliano Alleqrinin tezliklə istefaya göndərilməsini istəyirlər.
Turin təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunda uduzması fanatları qəzəbləndirib. “Yuventus” ötən gecə öz meydanında “Benfika”ya yenilib – 1.2
Görüşdən sonra komandanın azarkeşləri kütləvi şəkildə sosial şəbəkələrdə Alleqrinin istefasını tələb ediblər. Onlar “#AllegriOut”, “#AllegriWon” həştəqlərini paylaşıblar. Bu paylaşımlar sosial şəbəkə trendlərinə daxil olub.
Qeyd edək ki, “Yuventus” bu mövsüm ümumilikdə çıxdığı 8 matçda cəmi 2 qələbə qazanıb.




