Bu gün Bakıda Avropa İttifaqı, Almaniya, Niderland, İsveç, Belçika, Estoniya, Latviya səfirliklərinin bayraqları Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yarıya qədər endirilib.
Bu barədə Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann tviterdə bildirib.
“Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bu gün Bakıda bəzi Avropa ölkələrinin bayraqları yarıya qədər endirilib. Hadisə ilə bağlı həmrəylik nümayiş etdirilir. Fikirlərimiz və dualarımız dağıntılardan zərər çəkənlərin yanındadır”, -deyə səfir bildirib.





