22.09 2024-cü il tarixində Azərbaycan Alpaqut Federasiyasının Bakı və Bakıətrafında regional nümayəndəliyinin mərkəzi zalında Alpaqut Turan döyüş sənətinin təsnifat normativlərinə uyğun olaraq kəmər üstüngü imtahanı keçirilib.
İmtahanda Bakı və Bakıətrafından 50-yə yaxın idmançı Alpataç və Bilginalp üstünglərinə müvəffəqiyyətlə imtahan vermişlər.
İmtahan komissiyasının sədri Kürşad Rafiq Qasımov, komissiya üzvləri isə Yarğan Şahlar Vəliyev və Yarğan Ramin Alışov olmuşlar.


