Alpaqut üzrə IV Dünya Çempionatı başa çatıb

Bfc667f1 Bba8 4cad 91fc 56a7939addd3 0.jpg

01-04 dekabr 2023-cü il tarixləri arasında Türkiyənin Bursa şəhəri, Naim Süleymanoğlu İdman Kompleksində təşkil olunan Alpaqut Turan Döyüş Sənəti üzrə 4-cü Dünya Çempionatı başa çatıb.

23 ölkənin yığma komandalarının iştirak etdiyi çempionatda gərgin mübarizə aparılıb.

Yarışın açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Fəthi Yıldız, Bursa Yıldırım, İlçe Gənclər və İdman Xidmətləri Bölgəsi müdiri Mehmet Dəmirci, Dünya Alpaqut Federasiyasının Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Emil Rəhimov, Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Kutsan Vasif Namazov və Türkiyə Alpaqut Federasiyasının prezidenti Metin Karadeniz iştirak edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Çempionatın ümumi nəticələrinə görə, çempionata 180 idmançı ilə qatılan Türkiyə komandası 1-ci yer, 49 idmançı ilə iştirak edən İraq komandası 2-ci yer, 44 idmançı ilə iştirak edən Azərbaycan komandası isə 3-cü yeri tutub.