Alpaqut üzrə kəmər dərəcəsi imtahanı keçirildi – FOTOLAR

1c8cfc3a Cd58 4788 9f1d F081996475ef 0.jpg

Bakı İstanbul liseyinin idman zalında Alpaqut Turan döyüş sənəti üzrə kəmər üstüngü (kəmər dərəcəsi) imtahanı keçirilmişdir.

İmtahanda Ağdam, Beyləqan, Bakı İstanbul Liseyi, Laçın, Naxçıvan, Qaradağ, Şəmkir və Yasamal filiallarından ümumilikdə 41idmançı iştirak edərək müvəffəqiyyətlə Alpataç, Bilginalp və Buyruq Alp üstünglərinə imtahan vermişlər.

İmtahan komissiyasının sədri Kürşad Rafiq Qasimov, komissiyanın üzvləri Tegin Kənan Quliyev, Tegin Elsevər Puri, müşahidəçilər isə Yarğan Ramin Alışov, Yarğan Emil Hüseynov, Yarğan Qənbər Ağayev və Bilginalp Sahib Nəsibov olmuşdur.

Bu cür imtahanların keçirilməsi ölkəmizdə artıq ənənə halını almışdır. Cari ildə də ölkəmizin müxtəlif regionlarında üstüng imtahanlarının bir-neçə dəfə keçirilməsi nəzərdə tutulur.

Kürşad:Rafiq Qasımov