Altı ay əvvəl direktor təyin olunan şəxs vəzifəsindən azad edildi

Y4sguvumfjjlxcgukjag7sseq5ktoth8aghatjia 1200.webp

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” MMC-yə yeni direktor təyin edilib.

Avtor.az “Report”a istinadən xəbər verir ki, bu, Hüseyn Rəhimovdur.

O, şirkətin rəhbərliyində Məzahir Piriyevi əvəz edib. M.Piriyev bu vəzifəyə 2024-cü ilin mayında təyin olunmuşdu.

Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.