“Amazon” malların çatdırılmasında dronlardan istifadə edəcək

A017b214 b1fe 37e9 acee fe98ae4aae7d 850.jpg

“Amazon” korporasiyası bu ildən etibarən ABŞ-da kiçik bağlamaların çatdırılmasında pilotsuz uçuş aparatlarından istifadəyə başlamaq niyyətindədir.

Avtor.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Məlumata görə, dronlarla çəkisi 2,2 kq-dan artıq olmayan mallar, o cümlədən kosmetika, dəftərxana ləvazimatı, akkumulyatorlar və ev üçün yüngül mallar daşınacaq. Dron bir saat ərzində təyinat nöqtəsinə çatmalı və bağlamanı alıcının həyətinə atmalı olacaq.