AMB ənənəvi sığorta məhsulları bazarını genişləndirəcək

030e65da164723981075977446410157042.jpg

“Bu günə olan əsas prioritet ənənəvi məhsullar bazarını genişləndirməkdir”.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev bildirib.

Onun sözlərinə görə, mövcud ənənəvi sığorta məhsulları var və AMB-nin əsas məqsədi o sığorta məhsullarını genişləndirməkdir.

“Daha çox ev təsərrüfatının, daha çox ailənin, daha çox şəxsin, daha çox bizneslərin mövcud ənənəvi sığorta məhsullarını almaqla risklərini sığorta təminatına ala bilər. Bizim məqsədimiz bunu genişləndirməkdir”, – o bildirib.

Z. Əliyev əlavə edib ki, iqtisadiyyat inkişaf elədikcə, risklər mürəkkəbləşdikcə, yeni məhsullara ehtiyac yarana bilər: “Lakin bu günə olan əsas prioritet ənənəvi məhsullar bazarını genişləndirməkdir” – bankın rəsmisi qeyd edib.