ARDNF-nin səhm portfeli gəlirli olacaq

7f2111cb16696393881373592721059171.jpg

Gələn il Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirliyinin artacağı gözlənilir.

Bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilib.

Məlumata görə, son onilliklərin ən yüksək inflyasiya göstəriciləri, mərkəzi bankların sərt pul siyasəti, Rusiya-Ukrayna münaqişəsi, Covid-19 virusunun yenidən yayılma təhlükəsi, qlobal iqtisadiyyatın artım sürətinin aşağı düşməsi səhm bazarlarına da öz neqativ təsirlərini göstərib. Belə ki, Fondun səhm alt portfelində cari ilin 9 ayında 17,0% zərərlilik müşahidə edilib. Növbəti ildə isə nisbətən nikbin proqnozlar gözlənilməklə təqribən bu portfel üzrə gəlirliliyin 3-4% ətrafında olması gözlənilməkdədir.

Qeyd edilib ki, cari ildə investisiya portfelinin tərkibində xüsusi çəkisi 0,2% olan “VTB” şirkətinin səhmləri üzrə zərərlilik 69,0%-ə çatıb.