“Arsenal” tarixinin ən yaxşı startı

8b048efe167385582837963792010598383.jpg

Uğurlu çıxışlarını davam etdirən “Arsenal” daha bir ilkə imza atıb.

Ötən gün London derbisində “Tottenhem”i məğlub edən (2:0) “topçular” xallarını 47-ə çatdırıb.

Bu isə klubun tarixində ən yaxşı nəticədir. London təmsilçisi heç vaxt çempionatın ilk 18 oyununda 47 xal toplaya bilməmişdi.

Qeyd edəl ki, hazırda ilk pillədə qərarlaşan Mikel Artetanın komandası ən yaxşı izləyicisi “Mançester Siti”ni 8 xal qabaqlayır.