ASC-nin rəhbər heyəti Goranboya ezam olunub

1655926536 62b365ac2d54b62b365ac2d54c165592414062b365ac2d54962b365ac2d54a.jpg

Goranboyda baş verən daşqınla bağlı vəziyyət nəzarətə götürülüb.

Bu barədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, yerli istismar idarəsinin texnikaları əraziyə cəlb olunub.

Qurumun rəhbər şəxslərindən ibarət heyət əraziyə ezam olunub.

Qeyd olunub ki, hadisə yeri qiymətləndirildikdən sonra zərurət yaranarsa ətraf rayonlardan da texnikalar cəlb olunacaq.