Asiya İnkişaf Bankının Azərbaycanla bağlı PROQNOZU

1680586660 8c2bb64d 22cd 38b4 9dad e3bc7213a95a 850.jpg

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3,5 % çox olacağını proqnozlaşdırır.

Bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.

Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə 0,7 faiz bəndi çoxdur. Bank gələn il isə Azərbaycanda 3,8 % iqtisadi artım gözləyir.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,4 % (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,6 % böyüyəcəyini proqnozlaşdırır.