Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir

90dd303a15676656829873512921010531.jpg

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir.

Aksiyalar ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində baş tutacaq.

Gün ərzində Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində, bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçirilir.