ATƏT Avropada ən yüksək müharibə riski elan edib

8a1ee9f2164438260761104649010543492.jpg

“Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən söhbət gedirsə, biz kritik bir nöqtədəyik. Hazırda Avropada ciddi müharibə riski son 30 ilin ən yüksək səviyyəsidir”.

Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

O vurğulayıb ki, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan iztirabları deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr deməkdir.

Raunun sözlərinə görə, Rusiya ilə Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində fayda görür və bu məsələyə nikbin yanaşır.